"Tottenhem"in hücumçusu Harri Keynin adı "Mançester Yunayted"lə hallanır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Keyn MY-də oynamaq fikrinə müsbət yanaşır. İngilis futbolçu bir neçə aydı ki, "Tottenhem"dən ayrılmaq barədə düşünür. O, karyerasını titullar qazana biləcəyi klubda davam etdirmək niyyətindədi.
"Spörs"ün Keyni 200 milyon funt qarşılığında sərbəst buraxmağa hazır olduğu bildirilir. Keçid reallaşacağı təqdirdə dünya transfer rekordu qırılacaq. Digər tərəfdən, "Tottenhem"in 26 yaşlı oyunçunu Premyer Liqadakı əsas rəqiblərinə satmaq istəmədiyi barədə də məlumatlar yayılıb.
Fanat.Az