"Çelsi"nin keçmiş hücumçusu Didye Droqba da koronavirusla mübarizəyə qoşulub.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Droqba sahibi olduğu xəstəxananın koronavirusla mübarizə məqsədi ilə istifadə olunmasına razılıq verib. Kot-d'İvuarın Abican şəhərində yerləşən hospital sabiq futbolçu Loran Pokunun adını daşıyır.
Şəhərin meri Vensan To Bi Droqbaya minnətdarlığını bildirib:
"Belə bir "hədiyyə"yə görə Droqbaya təşəkkür edirik. O, əsl vətənpərvərlik nümunəsi göstərdi".
Qeyd edək ki, Kot-d'İvuarda koronavirusa yoluxunların sayı 500-ü keçib. 5 nəfər COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az