UEFA və Avropa Klublar Assosiasiyasının qitədə mövsümün bərpası ilə bağlı mövqeyi məlum olub.
Fanat.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, çempionatların mümkün qədər erkən müddətdə davam etdirilməsi prioritet hədəfdi. Güman ki, ilk olaraq Bundesliqada oyunlara start veriləcək. Almaniya çempionatının may ayında başlaması planlaşdırılır. Digər liqaların isə yayda, iyun-iyul aylarında davam edəcəyi gözlənilir. Bütün matçlar bağlı qapılar arxasında oynanılacaq.
Daxili çempionatlar bitdikdən sonra Çempionlar Liqası və Avropa Liqası qaldığı yerdən davam edəcək. Razılaşmaya əsasən, 1/4 və 1/2 final mərhələlərində pley-off sistemi ləğv ediləcək və mərhələ adlayan tərəflər neytral meydanda oynanılan bir matç sonunda müəyyənləşəcəklər. Avrokubokların iki həftə ərzində yekunlaşması gözlənilir.
Yeni mövsüm üçhəftəlik fasilədən sonra - sentyabr ayının əvvəllərində başlamalıdı.
Fanat.Az