"Bavariya" və qolkiper Manuel Noyer arasında fikir ayrılığı yaranıb.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, hazırkı vəziyyətdə Noyerin müqaviləsinin yenilənməsi ehtimal daxilində deyil. "Bavariya" 34 yaşlı qapıçının sözləşməsini 2023-cü ilə kimi uzatmaq istəyir. Noyer isə 2025-ci ilə kimi nəzərdə tutulmuş müqavilə və illik 20 milyon avrodan artıq məvacib tələb edir.
Tələblərinin mətbuata sizması alman qolkiperin narazılığına səbəb olub. Bu səbəbdən tərəflər arasında danışıqlar dayandırılıb.
Noyer cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxıb və 10 oyunda qapısını toxunulmaz saxlaya bilib.
Fanat.Az