İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina A Seriyasında mövsümün davam etməli olduğunu bildirib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Qravina ölkədə vəziyyət düzəldikdən sonra futbol oyunlarının bərpa ediləcəyinə dair əminliyini dilə gətirib:
"Elmə hörmət edirəm, amma mən təslim olmayacam. İtaliya normal həyata qayıdanda, digər sektorlarda fəaliyyətin başlanması üçün şərait yarananda futbol da qayıdacaq.
Bir daha təkrar edirəm: çempionat başa çatmalıdı. Vaxt vat. Hökumət, liqa, İtaliya Futbol Federasiyası, həkimlər - hamımız birlikdə qərar verəcəyik. Mövsümün bərpa olunması nəticəsində bütün sistem qazanacaq".
İtaliyada koronavirusa yoluxanların sayı 160 mini keçib. Ölkədə 21 min insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az