Bir vaxtlar modellik edən ingilis iş qadını Amanda Staveli futbol dünyasında böyük anlaşmalarda iştirak edir.
Fanat.Az xəbər verir ki, 2005-ci ildə Dubayda "PCP Capital Partners" adlı bir şirkət quran Staveli "Mançester Siti"nin ərəblərə satışda iştirak etmişdi. Onun 2008-ci ildə Mançester təmsilçisinin Şeyx Mansura satışından 10 milyon funt-sterlinq qazandığı bildirilir.
Bir müddət əvvəl "Liverpul" ərəb iş adamlarına satmağa çalışan Amanda indi də "Nyukasl"ın satışında iştirak edir. Onun İngiltərə klubunun Səudiyyə Ərəbistanın kral ailəsinə satışı üçün danışıqlar apardığı bildirilir. Bu satışın 300 milyon funt-sterlinq dəyərində olacağı bildirilir.
Qeyd edək ki, Amanda Britaniya şahzadəsi Andrey Vindsorun keçmiş sevgilisidi. Onun "PCP Capital Partners" şirkəti 28 böyük şirkətin kapitalını idarə edir.
Fanat.Az