İtaliya A Seriyasının bərpasından əvvəl ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri - "Yuventus" - "Milan" və "Napoli - "İnter" - keçirilə bilər.
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, çempionatın bərpa olunmasından əvvəl kubok oyunlarının keçirilməsi sayəsində digər İtaliya klubları matçlara hazırlaşmaq üçün daha çox vaxt qazanacaqlar.
Daha əvvəl A Seriyasının 2 mayda yenidən start götürəcəyi bildirilmişdi. Hazırda mövsümün bərpası ilə bağlı müxtəlif variantlar müzakirə olunur. Onlardan biri də qalan 124 qarşılaşmanın 45 gün ərzində paytaxt Romada keçirilməsidi.
Qeyd edək ki, İtaliya çempionatı koronavirus pandemiyası səbəbindən dayandırılıb. 26 turdan sonra aktivində 63 xalı olan "Yuventus" birinci sırada qərarlaşıb. Liderdən 1 xal geri qalan "Latsio" ikincidi.
Fanat.Az