"Barselona" koronavirus pandemiyasının nəticələrini aradan qaldırdıqdan sonra, matçların tamaşaçılarla keçirilməsinin mümkünlüyü ilə bağlı araşdırma aparıb.
Fanat.Az "La Vanguardia"ya istinadən xəbər verir ki, yekun hesabatda "Kamp Nou"ya azarkeşlərin buraxılması ilə bağlı mümkün iki ssenari qeyd olunub. Birinci və əsas plana görə, matçlar 2021-ci ilin fevral ayına kimi bağlı qapılar arxasında oynanıla bilər. Bu variantda bütün turnirlərin yarımçıq dayandırılacağı, "transfer pəncərəsi"nin 15 avqust - 15 sentyabr tarixlərində açıq olacağı güman edilir.
İkinci, nikbin versiyaya görə, La Liqa 15 iyundan avqustun ortalarına kimi oynanılacaq və mövsüm bitəcək. Sözügedən oyunlar azarkeşlərsiz keçiriləcək. Belə olan halda isə futbolsevərlərin tribunalara qayıdışı 15 noyabrda gözlənilir.
Fanat.Az