İspaniya millisinin baş məşqçisi Luis Enrike koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətində maaşının azaldılmasına razılıq verib.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiya ilə əldə olunan razılığa əsasən, Luis Enrikenin məvacibi 25% azaldılıb. 49 yaşlı mütəxəssisin illik əmək haqqı 1,5 milyon avro təşkil edir.
Sonuncu dəfə İspaniya yığması 6 ay əvvəl təlim-məşq toplanışı keçirib.
Qeyd edək ki, Luis Enrike qızı Ksananın xəstəliyi ilə əlaqədər bir müddət postundan uzaqlaşsa da, sonradan işinin başına dönmüşdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol