Rumıniya klubları 2019-20 mövsümünü Türkiyənin Antaliya şəhərində bitirmək qərarına gəliblər.
Fanat.Az "Gazeta Sporturilor"a istinadən xəbər verir ki, Rumıniya çempionatının qalan oyunlarına Türkiyə ev sahibliyi edəcək. Yaxın iki-üç həftə ərzində çarter reysləri həyata keçiriləcək. Komandalar Antalyada məşqlərə başlayacaqlar və çempionatın son 8 turu burada oynanılacaq.
Layihənin Rumıniya klublarına iki milyon avroya başa gələcəyi bildirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol