"Qalatasaray"ın futbolçusu Rayan Donkun nənəsi koronavirusdan vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə hollandiyalı yarımmüdafiəçi özü məlumat verib. 34 yaşlı futbolçu hadisəyə görə kədərləndiyini bildirib:
"Möhtəşəm bir nənəmiz var idi. Bu qorxunç xəstəlik onu bizdən çox tez ayırdı, amma bizi hər zaman görəcəyini bilirəm. Cismən yanımızda olmasa da, sonsuza qədər qəlbimizdə yaşayacaq. Səninlə hər zaman fəxr edəcəyik”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol