"Real" tezliklə məşqlərə başlaya bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır. Çalışmalar komandanın Valdebebasdakı bazasında keçiriləcək.
Madrid klubu xüsusi tədbirlər planı hazırlayıb. Bütün oyunçuların koronavirus testindən keçəcəyi, məşqdən sonra isə təması minimuma endirmək üçün onlardan dərhal bazanı tərk etmələri istəniləcəyi bildirilir.
Qeyd edək ki, "Real"ın basketbol komandasının üzvü Trey Tompkinsdə koronavirus aşkarlandıqdan sonra Valdebebasdakı baza bağlanmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol