"Barselona” "Tottenhem”in yarımmüdafiəçisi Tanqi Ndombeleni heyətinə qatmaq istəyir.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, maddi böhran içində olan dünya nəhəngi sərfəli plan da qurub.
Kataloniya klubu iki oyunçusunu - Nelson Semedu və Samuel Umtitini "Tottenhem”ə təklif edib. İngiltərə təmsilçisinin "Barsa”ya nə cavab verəcəyi bilinmir.
Qeyd edək ki, 23 yaşlı Ndombele bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol