2010-2013-də "Valensiya”nın 2013-2016 aralığında Moskva "Spartak”ının şərəfini qorumuş Tino Kosta Madrid "Real”ının forvardı Kərim Benzemanın butslarını oğurlamasından danışıb.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, hazırda Kolumbiya "Atletiko Nasyonal”ında top qovan yarımmüdafiəçi belə deyib:
"Qvadelupadan Fransaya gələndən sonra klublara baxışa getməyə başladım. Onlardan biri də "Lion” idi. Həmin vaxt Benzema da "Lion”da çıxış edirdi. Hətta Kərimlə eyni otaqda qalırdıq. Bir dəfə necə oldusa, dolabı açdım. Orda bir neçə cüt buts gördüm. Küçədə yağış yağırdı. Götürüb geyindim, işimin dalınca getdim... Ara-sıra Benzemanın butslarını oğurlayır, istifadə edəndən sonra təmizləyib yerinə qoyurdum. Sonradan o, "Real”da, mən isə "Valensiya”da oynayanda meydanda üz-üzə gəlirdik. Matçların birində həmin hadisəni Benzemaya danışdım. "İt oğlu, heç nə hiss etməmişdim” dedi. Güldük, zarafatlaşdıq... Ancaq fakt faktlığında qalır. Mən onun butslarını oğurlamışam”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol