Argentinanın "Ximnasiya” klubunun baş məşqçisi Dieqo maradona koronavirus pandemiyasına görə dayandırılmış futbol oyunları üçün çox darıxdığını bəyan edib.
Fanat.Az xəbər verir ki, veteran superulduz ölkəsinin mətbuatına açıqlamasında belə deyib:
"Ximnasiya”nın məşq bazasına dönüb futbolçularımla məşqlərə başlamağı səbirsizliklə gözləyirəm. Özümü uzun sürən ayrılıqdan sonra sevgilimi görəcəkmiş kimi hiss edirəm”.
Futbolçularla davamlı şəkildə əıaqə saxladığını söyləyən 59 yaşlı mütəxəssis fasilənin elitanı tərk etmək təhlükəsiylə üz-üzə olan komandasına böyük zərbə olduğunu düşünür:
"Tədricən təhlükəli zonadan uzaqlaşmağa başlamışdıq. İndi federasiyanın qərarını gözləməkdən başqa çarəmiz yoxdu. Bütün senarilərə hazır olmalıyıq”.
Martın 16-dan dayandırılan Argentina çempionatında mövsümün nə vaxt bərpa olunacağı bilinmir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol