"Çelsi"nin vingeri Villian "Barselona", "Liverpul", "Arsenal" və "Korintians"ın maraq dairəsindədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Villian uğrunda gedən mübarizədə "Arsenal" favoritdi. "Topçular"ın bu yay "Çelsi" ilə müqaviləsi başa çatacaq 31 yaşlı futbolçunu heyətinə qatmağa yaxın olduğu bildirilir.
Villian 2013-cü ildən "zadəganlar"ın heyətində çıxış edir.
Cari mövsümdə 31 matçda meydana çıxan braziliyalı oyunçunun aktivində 7 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol