"Sənədlərin saxta olduğunu biləndə təəccübləndik. O andan istəyimiz məhkəmə və dövləq qurumları ilə birgə məsələni aydınlaşdırmaq olub”.
Fanat.Az xəbər verir ki, bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldinyo "ABC TV”yə açıqlamasında deyib.
Bu ilin mart ayında saxta pasportla tutulduğuna görə Ronaldinyo və qardaşı Paraqvayda həbs edilib. Daha sonra ev dustaqlığına buraxılan keçmiş futbolçu həbsdən sonra ilk dəfə mətbuata danışıb. O, həbs cəzasını öyənəndə buna çox üzüldüyünü bildirib: "Vəziyyətin bu həddə çatacağını heç təsəvvür etməzdim. Bunların sona çatmasına görə hər gün dua edirəm. Bilirəm ki, Tanrı da bunu istəyir”.
40 yaşlı superveteran ən çox anasından ötrü darıxdığını bildirib: "Həyatım boyu peşəkarlığın ən üst səviyyəsində olmağa və ətrafımdakı insaları xoşbəxt etməyə çalışmışam. Burdan çıxandan sonra ilk işim anamı qucaqlamaq olacaq. Anam Braziliyada koronavirusa görə çox çətin günlər keçirir”.
Xatırladaq ki, Ronaldinyo və qardaşı 32 gün həbsxanada qaldıqdan sonra 1.6 milyon dollar qarşılığında ev dustaqlığına buraxılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol