"Barselona"nın növbəti "transfer pəncərəsi" üçün əsas prioriteti "İnter"in hücumçusu Lautaro Martinesdi.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Barselona" Martinesin transferini həyata keçirmək üçün lazım olan 111 milyon avronu tapmaqda çətinlik çəkir. Koronavirus pandemiyası səbəbindən ortaya çıxan böhran vəziyyəti "katalonlar"ın maliyyə durumunu pisləşdirib.
"İnter" 22 yaşlı futbolçunu satmaq niyyətində deyil. "Barsa"nın geriyə bir yolu qalır: Martinesin müqaviləsində göstərilən təzminat məbləğini - 111 milyon avro - ödəmək. Lakin klubun maliyyə vəziyyətinin pisləşməsi bu yöndəki ehtimalları da azaldır. Odur ki, "Blauqrana" argentinalı qarşılığında bir neçə oyunçusunu "neradzurri"yə göndərməklə keçidi rəsmiləşdirmək fikrindədi.
Cari mövsümdə 31 matçda meydana çıxan Lautaro 16 qol, 4 məhsuldar ötürmənin müəllifidi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol