"Footy Headliners" portalı "Atletiko"nun 2020-21 mövsümündə ev matçlarında istifadə edəcəyi forma dəstinin fotolarını yayıb.
Fanat.Az xəbər verir ki, formanın konsepsiyası dəyişməz qalır. Ənənəvi olaraq qırmızı və ağ zolaqlara üstünlük verilib. Əsas dəyişiklik bu səfər zolaqların fırça vuruşlarına bənzər qeyri-bərabər konturlarla hazırlanmasıdı.
"Atletiko"nun forma sponsoru "Nike" şirkətidi.
Fanat.Az