Edinson Kavani, güman ki, yayda PSJ-ni tərk edəcək.
PSJ Kavaninin müqaviləsini uzatmaq istəsə də, o, komandadan ayrılmaq niyyətindədi. Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun menecerləri "İnter" ilə əlaqə yaradıb və Milan klubuna hücumçunun xidmətini təklif ediblər.
Qışda Kavaninin "Atletiko" ilə anlaşdığına dair xəbərlər yayılmışdı. Hazırda uruqvaylı oyunçunun adı Madrid klubu və "İnter"lə yanaşı, "Nyukasl"la birlikdə hallanır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol