Futbol meydanlarında oyunçuların tüpürməsi qadağan edilə bilər.
Fanat.Az xəbər verir ki, təklif FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqudan gəlib.
O, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində futbolçuların oyunlar zamanı tüpürməməsinin vacib olduğunu söyləyib. "The Telegraph”a danışan 74 yaşlı mütəxəssis onları bu vərdişdən daşındırmağın yolunu da göstərib:
"Futbol çempionatları bərpa olunduqdan sonra bütün klubların gigiyenik qaydalara əməl etməsi çox vacibdi. Məsələn, futbol meydanlarında oyunçuların tüpürməsinə çox rast gəlirik. Bu təbii ki, gigiyena qaydalarının pozulması deməkdi. Matçlar başlayandan sonra bundan qorunmaq lazım gələcək. Məncə, belə oyunçulara "sarı" verməklə bu vərdişdən çəkindirmək olar. Çünki koronavirus hava-damcı yolu ilə keçir. Yalnız bu fakt çempionatları bərpa etmədən öncə hər məqama nə dərəcədə diqqət yetirməli olduğumuzu göstərir”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol