"Barselona"nın yarımmüdafiçisi Artur yayda komandanı tərk edə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" "Yuventus"un birbaşa Arturla danışıqlar aparmasına icazə verib. "Qoca sinyora"nın braziliyalı futbolçuya görə sərfəli təklif hazırladığı bildirilir.
"Blauqrana" daha öncə Arturun müqaviləsini uzatmağa cəhd edib. Lakin yekunda 23 yaşlı oyunçunun maaşının qaldırılmasını istəməsi katalon klubunun planlarına mane olub.
Arturun "Barsa" ilə olan müqaviləsi 2024-cü ildə başa çatır. Onun Miralem Pyaniç qarşılığında "Yuventus"a keçəcəyi də istisna deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol