"Mançester Siti"nin hücumçusu Serxio Aquero üstün cəhətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu "TyC Sports"a açıqlamasında dünyanın ən yaxşı forvardlarından biri olduğunu qeyd edib:
"Mən özümü dünyanın ən yaxşı hücumçularından biri hesab edirəm. Boşluqları dərk etmək güclü tərəfimdi. Baş verəcəkləri əvvəlcədən təxmin edə bilirəm, penalti axtarışında oluram... Premyer Liqada oynayırsansa, cərimə meydançasına daxil olduqdan sonra fikirləşmək ehtimalın yoxdu".
Cari mövsümdə 31 matçda meydana çıxan Aqueronun aktivində 23 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol