"Sent-Etyen"in əfsanəvi oyunçusu və məşqçisi Rober Erben 81 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun tvitter hesabı təsdiqləyib. "Bu gecə çox uzun və kədərli olacaq. Çünki aramızdan biri ayrılır. Rober Erben ürəyimizdə əbədi qalacaq. Ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.
Erberin ürəyindəki problem səbəbindən vəfat etdiyi bildirilir.
Həm müdafiədə, həm də yarımmüdafiədə oynayan Erben, 1957-1972-ci illər aralığında 412 dəfə "Sent-Etyen" formasını tərlədib.
Erber futbolçu kimi klubla 9, məşqçi kimi isə 7 titul qazanıb. Komanda onun rəhbərliyi altında 1976-cı ildə Avropa Kubokunun finalına yüksəlsə də, həlledici görüşdə "Bavariya"ya 0:1 hesabı ilə məğlub olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol