15:28 28.04.2020 1171

Vurduğu qolu pivə içərək qeyd edən futbolçu - Beləsini görməmisiniz (VİDEO)

Şeyon Harrison - güman ki, bu ad sizin üçün heç bir məna ifadə etmədi. Haqqında bəhs edəcəyimiz hadisəyə qədər əksəriyyət üçün də bu belə idi. 

"Almere Siti" - "Qou Ehed İqls" matçında fərqlənən Şeyon Harrison qolu qeyd edərkən tribunadan ona plastik stəkanda pivə atılır. Özünü itirməyən ingilis futbolçu onu yaxalayır və pivəni içir. Yəqin ki, həmin an bir çox qapıçı Harrisonun çevikliyinə və reaksiyasına həsəd aparıb.

 
Oyundan sonra Şeyon hisslərini belə ifadə etmişdi: "O an şanslı olduğumu deyə bilmərəm. Mən, sadəcə, yaxşı tutucuyam. Pivəni tutduqdan sonra təkcə bir qurtum içsəm, "İqls" azarkeşləri məyus olardılar. Düzü, ilk dəfə idi ki, pivə içirdim. Deyim ki, çox yaxşı idi. Bundan əlavə, pivədən bir az formamın üzərinə də töküldü. Oyunun sonuna kimi pivə iyi verdim".

"Qo Ehed İqls" sonradan hesabı bərabərləşdirə bilir. "Almere"nin cəhdlərinə baxmayaraq, oyun 1:1 hesabı ilə başa çatır, Harrison isə qarşılaşmanın ən yaxşı oyunçusu seçilir.

Şeyon növbəti gün ulduz kimi yuxudan oynayır. Qol anı və daha sonra baş verənlər internetdə yayılmış və izləyicilərin marağına səbəb olmuşdu. Hərçənd o, daha öncə, özü də istedadına görə "ulduz" statusunu qazana bilərdi.

Şeyon "Tottenhem"in yetirməsidi. O, 9 yaşında "Spörs"ün akademiyasına qoşulub, əsas komandaya yol tapıb və hətta "Liverpul"la oyunda debüt də edib. Harrisonun istedadı məşqçilər tərəfindən yüksək qiymətləndirilirmiş.

Harrisonun idealı Harri Keyn imiş: "Harri çalışqanlığın bariz nümunəsidi. Ona baxaraq deyə bilərik ki, çalışqanlıq bir gün bəhrəsini verir. Keyn, xüsusilə də onun hücumdakı oyunu mənə ilham verir. Harrini uzun müddətdi izləyirəm və onda gördüyüm yaxşı şeyləri mümkün qədər mənimsəməyə çalışıram".

Harrison 2016-cı ildə Liqa Kubokunda "Liverpul"la görüşdə əsas komandanın heyətində ilk matçına çıxıb. O, 83-cü dəqiqədə Kevin Nkudunu əvəzləyib. "Liverpul" 2:1 hesabı ilə öndə imiş. Meydana daxil olandan qısa müddət sonra Harrison bərabərlik qolunu vurmaq şansı əldə etsə də, faydalana bilməyib:

"Qapıçı topu tutanda necə önəmli epizodu qaçırdığımı anladım. Uzun müddət həmin anı unutmayacam. Həqiqətən də, düşünürəm ki, onda fərqlənsəydim, "Tottenhem"in əsas komandasında daha çox şans əldə edərdim".
 


Sonradan baş məşqçi Maurisio Poçettino Harrisona şans vermir və onun üçün icarə dönəmi başlayır: "Yovil Taun", "Sautend Yunayted", "Melburn Siti".

2019-cu ilin yayında ingilis oyunçunun "Tottenhem"lə müqaviləsi bitir və o, azad agent statusuna keçir. Bu arada, London klubunun sabiq hücumçusu Vinsent Yanssen ona "Almere Siti"yə keçməyi məsləhət görüb.

22 yaşlı Harrison: "Yanssen "Almere" əfsanəsidi. Ona görə də ondan məsləhət istədim və kluba keçmək qərarımda mənə yardımçı oldu".

Cari mövsümdə "Almere Siti" forması ilə 21 matçda meydana çıxan Şeyon 7 dəfə rəqib qapılarına yol tapıb. Hə, az qala, unudacaqdım: üstəlik, meydançada bir stəkan pivə içməyə də imkan tapıb.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X