İspaniyada futbol klublarının məşqlərə başlayacağı tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bu gün keçirilən Nazirlər Şurasının iclasından sonra açıqlama verib. Baş nazir bildirib ki, futbol klubları mayın 4-dən etibarən məşqlərini bərpa edə biləcəklər. Komandalar öz bazalarında hazırlığa başlayacaqlar.
Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol