Fransa Liqa 1 və Liqa 2-də mövsümün koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Fransa Futbol Federasiyası təsdiqləyib. Hökumət nümayəndələri ilə məsləhətləşdikdən sonra mövsümün bərpasının mümkünüz olduğu müəyyənləşib.
Fransa Peşəkar Futbol Liqası (LFP) mövsümün ləğv olunduğunu 30 apreldə rəsmi şəkildə elan edəcək. LFP-yə 2020-21 mövsümü ilə bağlı layihə hazırlaması tapşırılıb.
Fransada qadınların çempionatı da erkən başa çatıb.
Daha əvvəl Belçika, Niderland və Argentinada mövsümün vaxtından əvvəl başa vurulması qərara alınmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol