İngiltərə Premyer Liqasında çıxış edən klublar mövsümün erkən bərpa olunma ehtimalına görə narahatdılar.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, futbolçular təhlükə tam ortadan qalxmamış sağlamlıqlarını riska atmaq və oyun keçirmək istəmirlər. Bununla yanaşı, Britaniya hakimiyyətinin tənqidlərin qarşısını almaq üçün komandaları oynamağa tələsdirməsi klub rəhbərləri tərəfindən heç də xoş qarşılanmayıb.
Premyer Liqada mövsüm koronavirus pandemiyası səbəbindən 13 martda dayandırılmışdı. Çempionatın iyun ayının əvvəllərində bərpa ediləcəyi gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol