"Bayer"in yarımmüdafiəçisi Kay Haverts "Mançester Yunayted"in maraq dairəsindədi.
Fanat.Az "Evening Standard"a istinadən xəbər verir ki, MY Havertsi Dortmund "Borussiya"sının vingeri Ceydon Sançonun alternativi hesab edir.
Alman futbolçunun transferi 81 milyon avro dəyərində qiymətləndirilir. Onun adı "Liverpul" və "Çelsi" ilə də birlikdə hallanır.
Havertsin "Bayer"lə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır. Cari mövsümdə 34 matçda meydana çıxan 20 yaşlı oyunçunun aktivində 10 qol, 8 məhsuldar ötürmə var.
Qeyd edək ki, daha əvvəl "Borussiya"nın idman direktoru Mixael Tsork növbəti "transfer pəncərəsi"ndə Ceydon Sançoya görə klubu qane edən, sərfəli təklif almalarının mümkünsüz olduğunu bildirmişdi. Bu səbəbdən ingilis ulduzun komandada qalacağı gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol