"FourFourTwo" jurnalı futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyuson sıralamada birinci olub. Rinus Mihuls yalnız şotlandiyalı məşqçidən geri qalıb. Yohan Kroyf isə üçüncü olub.
Hazırda fəaliyyətini davam etdirən mütəxəssislərdən yalnız Pep Quardiola ("Mançester Siti") "ilk onluq"da özünə yer tapa bilib.
"FourFourTwo" jurnalının versiyasına görə, futbol tarixinin ən yaxşı məşqçiləri, "ilk onluq":
1. Aleks Ferqyuson ("Aberdin", Şotlandiya millisi, "Mançester Yunayted");
2. Rinus Mihels ("Ayaks", "Barselona", Niderland millisi, "Köln", "Bayer);
3. Yohan Kroyff ("Ayaks", "Barselona");
4. Bill Şenkli ("Liverpul");
5. Pep Quardiola ("Barselona", "Bavariya", "Mançester Siti");
6. Arriqo Sakki ("Parma", "Milan", İtaliya millisi, "Atletiko");
7. Mett Basbi ("Mançester Yunayted", Şotlandiya millisi);
8. Elenio Errera ("Atletiko", "Sevilya", "Barselona", İspaniya millisi, "İnter", İtaliya millisi, "Roma");
9. Ernst Happel ("Den Haqq", "Feyenoord", "Sevilya", "Brüqqe", Niderland millisi, "Standard", "Hamburq", Avstriya millisi);
10. Valeri Lobanovski ("Dnepr", Kiyev "Dinamo"su, SSRİ millisi, Ukrayna millisi).
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol