"Bavariya" baş məşqçi Hans-Diter Flikin müqaviləsini rəsmən uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Flikin sözləşməsi 2023-cü ilin 30 iyununa kimi nəzərdə tutulub. 55 yaşlı mütəxəssis imzalama mərasimində "Bavariya" tərəfindən xüsusi olaraq hazırlanmış maskanı taxıb.
Flik 2019-cu ilin yayında Münhen klubunda köməkçi-məşqçi kimi çalışmağa başlamışdı. Noyabr ayında Niko Kovaçın gedişindən sonra o, komandanın müvəqqəti baş məşqçisi təyin olunmuşdu. Dekabrın sonlarında Flikin mövsümün sonuna kimi komandada qalacağı, bu ilin aprelində isə onunla 3 illik müqavilə imzalanacağı açıqlanmışdı.
Fanat.Az