"Çelsi”nin 32 yaşlı futbolçusu Pedro Rodriges 2 İstanbul klubunun – "Fənərbaxça” və "Qalatasaray”ın transfer siyahısındadı.
Fanat.Az xəbər verir ki, "zadəganlar”la olan müqaviləsinin müddəti bu yay bitəcək 32 yaşlı hücumameyilli yarımmüdafiəçi London təmsilçisindən yeni anlaşma təklifi almayıb.
Rodrigesin İspaniya mətbuatına "yeni çağırışlara açığam” deməsi isə İstanbul nəhənglərini ümidləndirib.
Artıq Türkiyə mətbuatı da oyunçunu xüsusi diqqətdə saxlayır. Qardaş ölkədən olan həmkarlarımıza inansaq, Pedronun bir ayağı İstanbuldadı. Nəyin necə olacağını isə təbii ki, zaman göstərəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol