"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Türkiyə Qırmızı Xaç Cəmiyyətinə ianə edib.
Fanat.Az "Daily Sabah"a istinadən xəbər verir ki, Özil təşkilata 713 min türk lirəsi (təxminən 173 min manat) bağışlayıb. Vəsait koronavirus pandemiyası dövründə müsəlmanların oruc tutmasına dəstək olmaq üçün ayrılıb. Məbləğ Ramazan ayında iftarların təşkil edilməsinə xərclənəcək.
Türk əsilli alman futbolçu sayəsində ümumilikdə 114 min insan yardım alacaq.
Türkiyə Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının tərkibində fəaliyyət göstərir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol