"Layptsiq"in sabiq baş məşqçisi, hazırda "Red Bull" şirkətinin idman departamentinin rəhbəri postunu tutan Ralf Raqnikin adı uzun müddətdi "Milan"la birlikdə hallanır.
Fanat.Az Milannews.it saytına istinadən xəbər verir ki, Ranqnikin təyinatı reallaşacağı təqdirdə, Zlatan İbrahimoviç və Paolo Maldini "Milan"ı tərk edəcəklər.
Alman mütəxəssisin isveçli futbolçunun xidmətində maraqlı olmadığı bildirilir. Digər tərəfdən, Ranqnik transfer məsələlərini də öz nəzarətinə götürmək niyyətindədi. Bu isə hazırkı texniki direktor Paolo Maldininin istəyi daxilində deyil.
Son xəbərlərə görə, "Milan" cari mövsümdə titul qazanmasa və Çempionlar Liqasına vəsiqə əldə edə bilməsə, baş məşqçi Stefano Pioli istefaya göndəriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol