"Marsel"in mərkəz müdafiəçisi Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, ingilis nəhəngləri - "Mançester Siti" və "Çelsi" onun uğrunda mübarizə aparırlar. Sözügedən klublar növbəti "transfer pəncərəsi"ndə keçidi həll etmək niyyətindədilər. Bunun üçün Kamaranın təzminat məbləğini - 27 milyon avro - ödəmək lazım gələcək.
20 yaşlı futbolçu "Marsel"dən ayrılmağa tələsmir. Komanda 2019-20 mövsümünün yekunlarına əsasən Fransa Liqa 1-i ikinci sırada bitirib və Çempionlar Liqasına birbaşa vəsiqə qazanıb. Kamara yetirməsi olduğu "Marsel"in heyətində ÇL-də oynamaq istəyir.
2019-20 mövsümündə 28 matçda meydana çıxan fransız oyunçu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol