"Qalatasaray" məşqlərini bərpa edib.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda koronavirus pandemiyasına görə ölkədə elan olunmuş karantin rejimi dövründə ilk dəfə məşqə çıxıb. "Sarı-qırmızılılar" bu gün klubun bazasında hazırlıqları bərpa edib. Məşq fiziki hazırlıq üzrə məşqçi Yasin Küçükün rəhbərliyi altında baş tutub.
Futbolçular gigeyena və sosial məsafə qaydalarına uyğun məşq ediblər. Hazırlığın ilk mərhələsində qapıçılar - Fernando Muslera və Okan Koçuk, sahə oyunçuları Markao, Marselo Saraççi və Florin Andone iştirak edib. Mariano isə zalda fərdi çalışıb.
Fanat.Az