UEFA prezidenti Aleksander Çeferin Almaniya Bundesliqasında 2019/20 mövsümünün tezliklə bərpa olunacağı xəbərinə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, başqan qurumun rəsmi saytına açıqlamasında belə deyib:
"Almaniya hökumətinin belə bir qərar verməsi sevindiricidi. Bu qərar futbol federasiyası və siyasətçilər arasındakı konstruktiv dialoqun nəticəsidi. Əminəm ki, həyəcan, duyğu və gözlənilməzliyi ilə futbolun həyatımıza qayıdışı ilə əlaqədar Almaniya hamımız üçün ən yaxşı nümunə olacaq. Bundesliqanın bərpası insanlara nikbinlik verəcək”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Almaniya Bundesliqası mayın 16-da "Borussiya" (Dortmund) - "Şalke" derbisi ilə bərpa olunacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol