"İnter" Pyer-Emerik Obameyanq qarşılığında Mauro İkardini "Arsenal"a göndərməyə hazırdı.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, PSJ İkardinin müqavilə haqlarını almasa, "İnter" onu "Arsenal"a təklif edəcək. "Neradzurri" argentinalı futbolçunun xidmətində maraqlı deyil.
Obameyanqın yayda "Arsenal"ı tərk edəcəyi gözlənilir. "İnter" qabonlu forvardı heyətinə cəlb etmək niyyətindədi.
2019-20 mövsümünü icarə əsasında PSJ-də keçirən İkardi 31 matçda meydana çıxıb və 20 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol