"Tottenhem"in vingeri Son Hın Min 3 həftəlik hərbi xidmətini başa vurub.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Son hərbi xidmət zamanı 157 əsgər arasında ən yaxşı nəticə göstərən 5 nəfərdən biri olub. Koreyalı futbolçunun, xüsusilə də, atışda əla nəticələr qazandığı bildirilir.
Son 2023-cü ilə qədər müəyyən fasilələrlə məcburi ictimai xidmətləri yerinə yetirməli olacaq. Onun bu ay Londona qayıdacağı gözlənilir.
Cənubi Koreya qanunlarına görə, 28 yaşına qədər hər kəs hərbi xidmətini tamamlamalıdı. Son millinin heyətində 2018-ci il Asiya Oyunlarının qalibi olduğu üçün 21 aylıq hərbi xidmətdən azad edilmişdi.
Fanat.Az