Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbol qaydalarında müvəqqəti dəyişikliyin edilməsinə razılıq verib.
Fanat.Az xəbər verir ki, komandalar matç ərzində 5 oyunçu dəyişikliyindən istifadə edə biləcəklər. Liqalar öz istəkləri daxilində bu yeniliyin tətbiq edilib-edilməyəcəyinə dair qərar qəbul etmək haqqına sahibdilər.
Oyunlar zamanı gecikmələrin qarşısını almaq üçün əvəzetmələr matçın üç xüsusi anında, o cümlədən fasilələr zamanı mümkün olacaq. Komandalar eyni anda dəyişiklikdən istifadə etsə, qalan dəqiqələrdə onların hər ikisinin görüşü əvəzetmə məqsədilə dayandırmaq üçün iki şansı qalacaq.
İstifadə edilməmiş əvəzetmələrdən əlavə vaxtda faydalanmaq olar. Meydanı tərk etmiş futbolçuların yenidən oyuna daxil olması qadağandı.
Yeni qayda 2020-ci ilin 31 dekabrına kimi qüvvədə olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol