"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi baş tutmayacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" Poqbanı transfer etmək fikrindən daşınıb.
Hazırda "İnter" və "Yuventus"un fransız futbolçu uğrunda mübarizə apardığı bildirilir. "Neradzurri" transfer üçün maliyyə tapmaq məqsədilə Mauro İkardi və İvan Perişiçi satmağı planlaşdırır.
MY forması ilə 150 matçda meydana çıxan Poqbanın aktivində 31 qol və eyni sayda məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol