İngiltərə Premyer Liqası rəhbərliyinin 2019-20 mövsümünün bərpası ilə bağlı tərəddüdləri var.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, liqa rəsmiləri klublarda çıxış edən ulduz futbolçulardan bir neçəsinin çempionatın başlamasına qarşı çıxacağından qorxurlar.
İngiltərədə mövsüm koronavirus pandemiyası səbəbindən dayandırılıb. Hazırda hökumətin futbol turnirləri ilə bağlı verəcəyi qərar gözlənilir.
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 211 min 364-ə çatıb. Ölkədə 31 min 241 nəfər insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol