"Zenit" rəhbərliyi "Beşiktaş"ın 26 yaşlı forvardı Umut Nayirlə maraqlanır.
Fanat.Az "Milliyet"ə istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu yay hərəkətə keçməkdə qərarlıdı.
Hazırda "Beşiktaş" oyunçuları ilə maaşların azaldılması istiqamətində danışıq aparır. İstanbul klubu buna razılaşmayanlarla yolları ayıracaq.
Mənbə Nayirin də bir neçə başqa oyunçu kimi, məvacib məsələsində güzəştə getməyəcəyini və bu üzdən yayda satılacaq futbolçulardan biri olduğunu açıqlayıb.
Umutun "ağ-qaralar"la olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol