"Vest Hem”in yarımmüdafiəçisi Cek Uilşir "Arsenal”ın əsas komandasında keçirdiyi ilk günlərdən danışıb.
Fanat.Az xəbər verir ki, yetirməsi olduğu "topçular”ın əsas komandasında 2008-ci ildə debüt edən orta xətt oyunçusu belə deyib:
"Sesk Fabreqas həmişə mənə məsləhət verirdi. O vaxt Kiran Gibbs də artıq komandada idi. Daha sonra Aaron Remsi gəldi. Mövsümöncəsi hazırlıq zamanı bir-birimizə isinişmişdik. Gənc oyunçular əsas komandaya düşəndə həmişə bir-birlərinə daha yaxın olurlar. Düzü, özümü əsas komandaya layiq saymırdım. Özümü uşaq hesab edirdim və hər şey mənə çox çətin gəlirdi. Tez-tez zədə alsam da, oynamaq imkanı yaratdılar. Bir neçə matça çıxandan sonra özümü daha yaxşı hiss etməyə, psixoloji cəhətdən sakitləşməyə başladım”.
Uilşir 2017-ci ilin yayında "Vest Hem”ə transfer olunub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol