"Liverpul”un və Niderland millisinin ulduz müdafiəçisi Vircil van Deyk uşaq vaxtı futbol akademiyasından qovulmağa çox yaxın olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu bu barədə "Sky Sports”a danışıb:
"Villem II” klubunun akademiyasında oynayırdım. 16 yaşım tamam olmamış çətin duruma düşdüm. Özümü yaxşı tərəfdən göstərə bilmirdim, adətən ehtiyat oyunçulare skamyasında qalırdım. Lazımsız futbolçu kimi, akademiyadan uzaqlaşdırılmağa çox yaxın idim. Həmin ilin yayında boyum nəzərəçarpacaq dərəcədə uzanmışdı. Bu üzdən qasığımda ağrılar var idi... Ancaq təslim olmadım. Öz üzərimdə daha çox işlədim. İndi olduğum yerə gəlmək üçün çox iş görmüşəm. Çəkdiyim zəhmətlə qürur duyuram”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol