"Real" ev oyunlarını Valdebebasdakı bazasında keçirəcək.
Fanat.Az AS-a istinadən xəbər verir ki, La Liqa rəhbərliyi "Real"ın matçlarını bazasında oynamasına icazə verib. Madrid klubunun ev oyunlarının 2021-ci ilin yanvar ayına kimi Valdebebasda keçiriləcəyi bildirilir. Bura avrokuboklar da aiddi.
Kapitan Serxio Ramos da "El Partidazo"nun efirində, qarşılaşmaların bazada oynanılacağını təsdiqləyib. Futbolçuların 2021-ci ilin yanvarına kimi Valdebebasda qalacaqları bildirilir.
Yalnız azarkeşlərin tribunalara buraxılmasına icazə verildikdən sonra böyük futbolun "Santyaqo Bernabeu" stadionuna qayıtması mümkün olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol