Mesut Özil bu yay "Arsenal"dan ayrılmaq fikrində deyil.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, Özil müqaviləsinin sonunadək "Arsenal"da qalmağı planlaşdırır. 31 yaşlı futbolçunun sözləşməsi 2021-ci ildə başa çatır. O, ilinə 15 milyon funt qazanır.
Cari mövsümdə "topçular"ın heyətində 23 matçda meydana çıxan Özil 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha öncə "Arsenal"ın türk əsilli alman futbolçu ilə müqavilə yeniləməyəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol