İtaliya A Seriyasının gələcəyinə aydınlıq gəlib.
Fanat.Az çempionatın saytına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda mövsümün 13 iyunda bərpa edilməsi qərara alınıb.
Bundesliqa versiyasından fərqli olaraq, İtaliyada tək bir yoluxma halında belə, A Seriyasının dayandırılmasını nəzərdə tutulan ciddi tibbi protokola əməl olunacaq. Klublar almanların protokolunu əsas götürməyi təklif etsələr də, elmi komitə sənədi kifayət qədər etibarlı hesab etməyib.
Qeyd edək ki, İtaliyada fərdi məşqlərə 4 maydan icazə verilib. Komanda halında çalışmalara isə 18 maydan etibarən start veriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol