"Bavariya" Çinin məşhur videoplatforması - "TikTok"la əməkdaşlıq müqaviləsi imzalayıb.
Fanat.Az "Bavariya"nın saytına istinadən xəbər verir ki, "TikTok" klubun Çindəki rəsmi tərəfdaşı olacaq. Bu, sözügedən şirkətin futbol klubları ilə ilk belə anlaşmasıdı.
"Bavariya"nın "TikTok"dakı rəsmi hesabı 2018-ci ilin iyul ayında fəaliyyətə başlayıb və artıq 800 min abunəçi toplayıb. Robert Levandovski, Tomas Müller kimi klub oyunçularının bu videoplatformada şəxsi səhifələri var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol