İngiltərə Premyer Liqasının 12 iyunda bərpa ediləcəyi gözlənilir.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, İPL klublarının məşqçiləri tələsik qərar verildiyini düşünürlər. Onların fikrincə, 2 aylıq hərəkətsizlikdən sonra bərpa üçün daha çox vaxta ehtiyac var. Çalışdırıcılar fasilədən sonra futbolçuların tez-tez zədələnəcəklərindən qorxurlar.
Daha əvvəl Premyer Liqanın təhlükəsizlik protokolu açıqlanmışdı. Oyunçular müntəzəm olaraq tibbi müayinədən keçəcək və həftədə iki dəfə koronavirus testi verəcəklər. İndiki periodda maksimum 5 nəfərdən ibarət qruplar halında məşqlərin keçirilməsinə icazə var.
İPL koronavirus pandemiyası səbəbindən 13 martda dayandırılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol